Pakistan Senatının üzvü: Seçki məntəqələrində insanlar çox rahat şəkildə səs verə bilirdilər
2 Sentyabr 2024 10:52 SiyasətSeçki məntəqələrində insanlar çox rahat şəkildə səs verə bilirdilər.
Olaylar AZƏRTAC-a istinadən xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Pakistan Senatının üzvü Afnan Ullah Khan səsləndirib.
Azərbaycan Milli Məclisinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün Bakıya gəldiklərini deyən Afnan Ullah Khan bildirib: "Nümayəndə heyətimiz yeddi nəfərdən ibarətdir. Biz üç seçki məntəqəsində müşahidə apardıq. Biz prosesi sonadək təhlil etdik. İnsanların sərbəst səs verdiyinin şahidi olduq. Hesab edirik ki, seçki yaxşı təşkil olunub".
Demokratiyanın hər bir ölkənin inkişafı üçün vacib proses olduğunu söyləyən Pakistan Senatının üzvü Azərbaycana uğurlar arzulayıb. "Ümid edirik ki, Azərbaycan və Pakistan əməkdaşlığı davamlı olacaq", - deyə o əlavə edib.