“Biz Cənab Prezidentin və Yeni Azərbaycan Partiyasının əsgəriyik”- ÖZƏL

"Yeni Azərbaycan Partiyası dünən ölkəmizdə keçirilən parlament seçkilərində mənim də namizədliyimi irəli sürmüşdü. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən bu dönəmdə də Milli Məclisdə xalqımızı təmsil etmək hüququ əldə etdik. Hesab edirəm bu qələbəyə əsası Ulu Öndərə Heydər Əliyevin əsasının qoyduğu, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət nəticəsində nail olduq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Cənab Prezidentin də hər zaman dediyi kimi vəzifə xalqa xidmətdir. Biz Cənab Prezidentin və Yeni Azərbaycan Partiyasının əsgəriyik. Əsas amal və məqsədimiz dövlətimizin güclü olması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsidir. Bir daha fürsətdən isitifadə edib Cənab Prezidentə, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına dərin təşəkkürümü bildirirəm. 
Eyni zamanda, bu çətin və şərəfli yolda bizimlə olan, bizdən dəstəyini əskik etməyən bütün komanda üzvlərimizə, bizə etimad göstərən hər bir seçicimizə təşəkkür edirəm. Qarşıda isə çox böyük hədəf, məqsəd və layihələr var. Çalışacağıq bu dönəmdə də eyni məsuliyyətlə və şövqlə davam edəcəyik".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31