Paşinyan hələ danışıqlar formatını seçə bilməyib- ÖZƏL

"Nikol Paşinyanın dönüşünün səbəbi Putinin ondan istədikləri və Moskvada görüşün gündəmə gəlməsidir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib: "Paşinyan Azərbaycanla danışıqların ikitərəfli formatda davam etdirilməsini istəyir, hətta Əliyevlə sərhəddə görüşə biləcəyini deyir. Halbuki, Bakı ikitərəfli format və sərhəddə görüş məsələsi üzərində israrla dayananda İrəvan üçüncü tərəflərin iştirakında maraqlı tərəf kimi çıxış edirdi.
Paşinyan Rusiya masasına getməmək üçün ikitərəfli formatın əhəmiyyətini irəli sürür, lakin situasiya dəyişəndə - Rusiyanın təşəbbüsü arxa plana keçəndə İrəvan yenə Qərb ölkələrinin iştirak edəcəyi çoxtərəfli formata qayıdacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31