Milli Məclisə seçkilər demokratik və şəffaf keçirilib-VHP
2 Sentyabr 2024 09:58 Siyasət"Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan parlamentarizmi tarixində bütün seçkilərində iştirak etmiş və hər bir seçkidə uğura nail olmuşdur. Seçkidən-seçkiyə öz təcrübəsini daha da artıran Partiya VII çağırış Azərbaycan Respublikasının Mili Məclisinə seçkilərdə də aktivliyi ilə fərqlənmişdir.
VHP-nin seçkilərə qatılan 17 namizədi qatılan Partiyamız demokratik seçki mühiti, təşviqat üçün yaradılmış münbit şərait mühitində rahat və sərbəst təbliğatını aparmışdır. Namizədlər təkcə MSK tərəfindən onlar üçün ayrılmış qapalı və açıq məkanlarda deyil, hər bir yaşayış məntəqəsində, kəndlərdə, qəsəbələrdə, məhəllələrdə maneəsiz təbliğat-təşviqat işi aparmış, nəticədə böyük uğur qazanmışdır". Olaylar xəbər verir ki, bu fikirlər Vətəndaş Həmrəyliyi Partiyasının yaydığı bəyənatda əksini tapıb:"1 sentyabr tarixində 125 seçki dairəsindən 51-də seçkini canlı izləyən müşahidəçilərimizin rəyləri, həm də partiyanın qərargahından yüzlərlə seçki məntqəsində quraşdırılan kameraların izlənilməsi onu deməyə əsas verir ki, VII çağırış Milli Məclisə seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilmişdir. İlkin nəticələrə əsasən Partiyamızın 17 namizədindən 3-ü qalib gələrək seçki marafonunu uğurla başa vurmuşdur.
Seçki prosesində namizədlərimizə qarşı baş verən hansısa təxribat cəhdləri olsa da, müşahidəçilərimiz və səlahiyyətli nümayəndələrimiz tərəfindən seçkini pozmaq cəhdlərinin qarşısı alınmışdır. Gerçəkdə 1 sentyabr seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılmış, onların seçiminə təsir göstərilməmişdir. Vətəndaş Həmrəyliyi Partiyası seçkinin ilkin nəticələrinə əsasən uğur qazanan bütün namizədləri ürəkdən təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayıq .