Azərbaycanın zəfərinə özünükü kimi yanaşanlar- ÖZƏL

"Prezident İlham Əliyevin təyyarəsi Pakistanın hava sərhəddini keçəndən yerə enənə qədər qardaş ölkənin qırıcılarının  dövrəsində təzim uçuşu etmələri, onu qarşılamağa isə Hərbi Hava Qüvvələrinin Nur Xan bazasına Baş nazir Məhəmməd Şahbaz Şərifin özünün təşrif gətirməsi orada Azərbaycan xalqına və  liderinə necə böyük  sayğıyla yanaşıldığının sərgilənməsi idi. Bəli, hər kəsin bildiyi reallığın- Pakistanda Azərbaycana dogma gözüylə baxıldığının  məhz sərgilənməsindən söhbət gedir ki, fikrimcə, o da elə-belə deyildi. Dilinin adı  belə ordu dövləti olduğunu təsdiqləyən  Pakistan Minsk qrupunun üç həmsədri qarışıq bir sıra böyük dövlətlərin  açıq şəkildə qarşı çıxmalarına rəğmən təkbaşına BMT-nin 4 bəlli qətnamsəini  reallaşdırmağı bacarmaqla presedent yaratmış, işğalçı forpost rolu oynayan Ermənistan üzərində zəfər çalmış əzmli xaqlın Müzəffər Ali Baş Komandanını bu cür  də qarşılamalıyıdı. Həm də ona görə bu cür qarşılamalıydı ki, Astanada ŞƏT sammiti çərçivəsində keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünün nə anlam daşıdığını bilməyənlərə də  çatsın: bizim  zəfərimizi  hələ də həzm etmək istəməyənlərlə yanaşı ona  özünükü kimi yanaşanlar da var. Və Azərbaycanın zəfərinə  özünükü kimi yanaşanların mövqeləri, ona qarşı çıxanlarınkından fərqlidir, fərq də  sarsılmazlığındadır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahıb Alıyev deyib:
"İki dövlət arasında demək olar ki, bütün sahələri əhatə edən 15 anlaşma, Azərbaycanın Pakistan iqtisadiyyatına ilkin mərhələdə 2 milyard dollar yatırım qoymaq planı, bizim mütəxəssislərin İslamabadın modrenləşməsinə verəcəkləri töhfə  əminəm ki, aradakı bağları daha da möhkəmlədəcək.  Ancaq mənə elə gəlir ki, Pakistanda ən böyük önəm verilən məsələlərdən biri, bəlkə də birincisi  Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cəmmu və Kəşmir probleminə yanaşmada tutduğu mövqedir. 
Xatırladaq ki, BMT-nin sözü gedən regionlarla da bağlı hələ də yerinə yetirilməmiş 4 qətnaməsi var.  Özü də  onlar Azərbaycan topaqlarının işğalına son qoyulmasına çağıran qətnaməlrədən təqribən yarım əsr qabaq, daha dəqiqi, 1948-ci ildə qəbul edilmişdi.  Ona görə də böyük dövlətlərin  istəməmələri səbəbindən BMT-nin yerinə yetirilməyən qətnaməsini özü təkbaşına reallşarımağı bacarmış bir dövlətin başçısının Cəmmu və Kəşmir məsələsindəki mövqeyi  məncə, Pakistan üçün o qurumun  Təhlükəsizlik Şurasının daim üzvlərininkindən  heç də az önəmli deyil.  Üstəlik, orası da var ki, Azərbaycan öz mövqeyində onların əksəriyyətindən fərli olaraq   səmimi və qətiyyətlidir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31