Qərbi Azərbaycanın Pəmbək Mahalının Arçut kəndinin adının mənasının ermənilər  tərəfindən saxtalaşdırılmasının ifşa olunması haqqında

Bütün bəşəriyyətə məlumdur ki, ermənilər azərbaycanlılara və türklərə  qarşı soyqırımlarını baza olaraq müəyyən üsullardan istifadə etməklə bir neçə istiqamətdə həyata keçirmişlər: müharibələr, qətllər, məcburi deportasiyalar, etnik tərkibin zorla dəyişdirilməsi və yaşayış adlarının saxta üsullarla  erməniləşdirilməsi. 

Tarixdən məlumdur ki, ermənilər öz məkirli niyyətlərini həyata keçirmək üçün  indiki Ermənistan ərazisində  qədim azərbaycan -türk yaşayış məskənlərinin böyük əksəriyyətinin  adlarını dəyişdirərək, həmin torpaqlarda  azərbaycanlı izini itrmək məqsədini güdmüşlər. İndiki Ermənistan ərazisindən  XX əsr boyu, mərhələ-mərhələ  azərbaycanlıların kütləvi deportasiyaları və etnik təmizləmələri  o torpaqların zorla mənimsənilməsi məqsədinə xidmət etmişdir.

Uzun əsrlər boyu sırf azərbaycan türklərinin yaşamış olduqları və Qərbi Azərbaycanın tarixi Pəmbək Mahalının Arçut kəndi də həmin soyqırımların obyekti olmuşdur. Kənd əhalisi  əvvəlki dövrlərdə olduğu kimi,  XX əsrin əvvəllərində ermənilər tərəfindən soyqırıma məruz qalmış, əhalisi zorla indiki Türkiyə ərazisinə köçürülmuşdür. Sonra təkrar olaraq geriyə qayıtmışdır.  Arçut kəndinə qarşı daha bir qəsd  tarixi adına olan məna dəyişikliklərindən  ibarət olmuşdur. 

Adların dəyişdirilməsi ilə bağlı belə bir  faktı qeyd etmək yerinə düşər ki,  Qərbi Azərbaycanın Hamamlı rayonunun Qızıl örən kəndinin adı 26 aprel 1946-cı ildə dəyişdirilərək Şenavan qoyulmuşdur. Lakin buna baxmayaraq kənd əhalisi yenə də öz kəndlərini Qızıl Örən kimi çağırmışlar. İrəvan quberniyasının Aleksandropol qəzasının Yaqublu ( Quqark) rayonunda olan və  1988-ci il deportasiyasına qədər sırf azərbaycanlılar yaşamış Xancığaz kəndinin adı 01 iyun 1940-cı ildə dəyirşdirilərək Gözəldərə, 19 aprel 1991-ci ildə isə yenidən  dəyişdirilərək,  Aznavadzor qoyulmuşdur.  Belə faktların sayı-hesabı yoxdur.

Arçut kəndi bölgədəki qədim Azərbaycan kəndlərindən biridir. Erməni çox qədim yaşayış məskəni olan  bu kəndin (Hələ XVI əsrlərdən kəndin adı Osmanlı mənbələrində Güneyli Yeni Arçut kimi xatırlanır) adının dəyişdirilməsinə cəhd etməmiş, sadəcə olaraq adın  mənasını təhrif etmişdir. Bununla da ictimaiyyəti, sakinləri və elm adamlarını çaşdırmışdır.  Belə ki, Arçut sözünün mənası əslində bütün türk dünyasında Ardıc ağacı kimi bilinən adla bağlı olduğu halda və kəndin tarixi sakinlərinin bu adla  da (Yəni, Ardıc adı ilə də) öz kəndlərini çağırdıqları halda, erməni mahiyyətdən yayınmış və adın mənasını ermənicə məna verən ayı adına bağlamışdır. Yəni Arçutu öz erməni dilinə uyğunlaşdıraraq  "Ayı məkanı" kimi izah etmişdir. Azərbaycanlıların  1988-ci ilin deportasiyasından sonra Arçut kəndinin adının mənasının saxtalaşdırılmasının həqiqi əsaslara çevrilməsi məqsədilə kəndin girəcəyində ayı heykəlciyi də uclatmışlar. Bununla da təəssüf ki,  elm aləminə, ictimaiyyətə tarixi Arçut kəndinin guya erməni kəndi olması barədə məlumat öz təsdiqini tapmışdır. Ancaq reallıq bundan ibarət olmuşdur ki, Arçut kəndinin coğrafi relyefi, landşaftı təsdiq edir ki, burada sıx, qalın, enliyarpaqlı  təbii  meşələr olmamışdır.  (Salınma meşələr və Ardıc kolları və ağacları  istisna olmaqla).  Bu baxımdan da təbiətin məxluqu olan ayı bu məkanda ola bilməzdi. Kənd sakinləri də heç zaman kəndin nəinki özündə, heç həndəvərində belə təbiətin bu məxluquna rast gəlməmişlər.

Çox təəssüf hissi ilə bildirmək olar ki, Azərbaycanın, xüsusiilə Pəmbək tarixçilərinin diqqətindən bu məsələ kənarda qalmış və tarixşünaslığı, toponimi tərəfindən Arçut adı məna etibarilə  ayı adı ilə qəbul olunmuşdur. Erməni tarixşünaslığının hiyləsinə məhəl qoyulmamışdır. Lakin kəndin yaşlı nəslinin öz qədim yaşayış məskənlərini   Ardıc adlandırması Arçut  adının ayı mənası  ilə ziddiyyət təşkil etməsi şübhə doğurmaqda davam etmişdir.   Ardıc konsepsiyasının    bununla barışmaması ziddiyyətlərin araşdırılmasının davam etməsini zəruri etmişdir. Nəhayət araşdırmalar sayəsində (Arçutlu siyasətşünas-alim Elşən Nəsibov tərəfindən aparılan araşdırmalar) ortaya çıxmışdır ki, əslində "Arça"sözü bütün türk dünyasında Ardıc ağacına verilən addır. Ardıc ağacı türk dünyasında həm Artış, həm Arça, həm də Arsa kimi    adlanır. Etimogiyasına görə söz "təmizləmək", "təmizlənmək" kimi qəbul olunur. Bununla da belə qənaətə gəlinmişdir ki,  Arçut adı ilə kənd sakinlərinin Ardıc adlandırmaları eyni mahiyyətlidir. Arçut sözü -Arçyurt, yəni "Ardıc ağaclarının məskəni", Arç rut-yəni, "Ardıc çayı"  mənasını verir. Onu da nəzərə almaq lazımdır ki, Arçut kəndinin ortasından çay axır və kəndi iki hissəyə bölür.

Qeyd olunanları nəzərə alaraq belə hesab olunur ki,  Arçut üzərində qurulan  bütün saxtakarlıqlar   elm dünyasında ifşa olunmalıdır və həqiqət üzərə çıxmalıdır. İnternet ensiklopediyalarında Arçut adı  və onun mənası olan Ardıc  düzgün şəkildə əksini və təsdiqini  tapmalıdır.

Elşən Misir oğlu Nəsibov

"ARDIC" Hərəkatının  təsisçisi və məsul katibi, siyasətşünas-alim

Ardıc (Arçut) kənd əsilli

15 iyun 2024-cü il  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31