Azərbaycan demokratik dəyərlərə sadiqliyini əməli ilə təsdiqləyir- ÖZƏL

"Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçərək bu istiqamətdə davamlı addımlar atır". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Ölkəmiz  iqtisadi və siyasi islahatların vəhdətliyini təmin etməklə hərtərəfli inkişafa stimul verir. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu nəzərə alsaq, dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atdığı  biri-birindən əhəmiyyətli addımlar beynəlxalq səviyyədə təqdir edilir. İnsan amili dövlət siyasətinin əsasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31