Artıq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb- ÖZƏL

"Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin sözlərinə görə, artıq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb: "Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, siyasi partiyaların mütləq əksəriyyəti  birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində yaranmış vahid mövqe, möhtəşəm Qələbəmizi şərtləndirən amillərdən biri oldu. Bütün bunlar təsdiqləyir ki, ümummilli məsələlərdə vahid mövqedən çıxış etmək cəmiyyətimizin ən üstün cəhətlərindən biridir və  bu amil onu davamlı olaraq inkişaf etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31