Sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir- ÖZƏL

"Ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev deyib: "Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyəti ilə Ümummilli lider ideyalarının layiqli davamçısı olduğunu bir daha təsdiq etmişdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Ölkə Prezidenti İlham Əliyev əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atır. Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu Prezident İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş siyasi dövlət strategiyası təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31