İranın Ermənistana dəstəkləri olmasaydı...-Kazım Kazımov- ÖZƏL
6 Mart 2024 20:53 Siyasət"İlk başda bunlar iki ölkə arasında normal bir müqavilə kimi görsənir".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Ancaq biz Ermənistanın və İranın Azərbaycana qarşı bir fəaliyyət yürütdüyünü də açıq-aşkar bilirik. Çünki, son dövrlərdə Ermənistanın Hindistandan aldığı silahlar İran üzərindən keçirilir. Ermənistan qədər İran da Zəngəzur dəhlizinə qarşı fəaliyyətlər yürüdür. Təəssüflər olsun ki, İran həm Qarabağ müharibəsindən əvvəl, həm də müharibədən sonra dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar vermişdir. İran vaxtilə Ermənistan işğalçı olduğu halda ona hər zaman dəstək vermişdir. Əgər ki, İranın Ermənistana dəstəyi olmasa idi, bəlkə də Qarabağ problemi daha erkən həll olunardı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31