Azərbaycanla Ermənistan arasında normal münasibətlərin yaranmağını istəməyən qüvvələr çoxdur-Tural İsmayılov- ÖZƏL

"Tehranda 2 gün davam edən danışıqlar Ermənistanla İranın ənənəvi dırnaqarası qardaşlığının göstəricilərindən biridir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Daim söyləyirik ki, İran Ermənistanı bəsləməklə məşğuldur və maraqlıdır ki, Fransanın Ermənistandakı səfiri də əslində, Azərbaycandan səslənən fikirləri təsdiq etmiş oldu. Fransanın Ermənistandakı səfiri vurğuladı ki, dünyadakı bir çox hadisələrdə Fransa və İranın fərqli mövqeləri olsa da onlar Ermənistanı dəstəkləmək mövzusunda ortaq bir nöqtəyə vururlar. Əlbəttə, hamıya bəllidir ki,  türk dünyasının birliyindən daim çəkinən İran Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır və bunun üçün də əlindəki bütün imkanlardan öz aləmində istifadə edir. Hər halda mən hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında normal münasibətlərin yaranmağını istəməyən qüvvələr çoxdur. Bu qüvvələrin başında həm də İran dayanır. Əksi olsa idi, İran Zəngəzur dəhlizinin açılmağını hansısa sərhədlərin dəyişilməyi və s. kimi yozmazdı. Faktiki olaraq, bu gün bəllidir ki, vəziyyətin daha da kəskinləşməyi və bölgədə sülhün əldə edilməməyində maraqlı olan qüvvələr var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31