Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır
6 Mart 2024 16:28 SiyasətAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunmasına dair Sərəncamı çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən mərhumun Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırlılması istiqamətində kompeks işlər görülüb. Məzarın kompozisiyasında dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.
Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə yad edib.