İlham Əliyev: ... ‘’İcazəmiz olmadan heç kim Qarabağa gedə bilməz”
4 Mart 2024 14:18 SiyasətBu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük.
Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər.
Bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
"Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü.
Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər.
Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq", - deyə dövlət başçısı bildirib.
Dövlət başçısının bu açıqlamaları Ermənistanın və onun havadarlarının 2- ci Qarabağ müharibəsinin məntiqi nəticələrindən nəinki ibrət dərsi götürmədiklərini, əksinə, revanşizm xətti yürüdərək bolgədə daimi və möhkəm sülhün bərqərar edilməsinə ciddi şəkildə mane olmağa cəhd etdiklərini bir daha sübut edir.
Təəssüf ki, sülh müqaviləsinə aparan yollarda qaranlıq və müəmmalı məqamlar da çoxdur. Belə ki, tarixən Rusiyanın forpostu olan Ermənistan mövqeyini açıq şəkildə dəyişərək indi tamamilə başqa cinahda -Qərb cinahında yer alır: Bu cinah- daha dəqiq desək, Fransa Ermənistanla bağlı açıq fəaliyyət sərgiləyir, onu silahlandırır və s. Nəticədə Ermənistan Fransanın regiona soxulması üçün istinad nöqtəsinə çevrilir.Deməli, Fransa və Ermənistanın Qərbdəki havadarları:
Ermənistanın vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmaq və bundan yararlanmaqla bölgəyə nüfuz etmək istəyir.
Qərbin- bu halda xüsusən də Fransanın tutduğu qeyri- səmimi, qeyri- konsrtuktiv yol Ermənistanı revanşizmə,yeni müharibə hazırlığına və millətçiliyə yuvarlayır.Halbuki, Ermənistanın bütün tarixi boyu məhz bu səhv, qonşularına- üsusən də türk müsəlmanlara qarşı apardığı bu məkrli siyasət bütün hallarda onların özlərinin acı tarixi məğlubiyyətləri ilə nəticələnmişdir.Heç də şübhə yoxdur ki, növbəti dəfə də ermənilərin bu avantürası, mövcud reallıqları qəbul etməmələri sonda öz məntiqi sonluğu ilə yekunlaşacaqdır! Bunu çoxəsrlik tarixi təcrübə və günümüzün reallıqlarının obyektiv təhlillərindən çıxan nəticələr bizə diktə edir. Ona görə də ,dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, Ermənistan regionumuzda daimi sülhün bərqərar olunması üçün yaranmış tarixi şansdan maksimum yararlanmaqla, nəhayət ki, sülh işi üçün öz thfəsini verməlidir. Bu tarixi şansı dəyərləndirməməklə ermənilər bir dövlət olaraq özlərinin gələcəyini çox ağır zərbə altında qoyduqlarının fərqində olmalıdırlar.
Azərbaycan Universiteti