Qərb Ermənistanda anti-Rusiya siyasəti aparır- ÖZƏL
4 Mart 2024 12:59 Siyasət"Ermənistanda Milli Demokratik Qütb" siyasi hərəkatının gənclər qanadı İrəvanın "Zvartnots" hava limanında Rusiya sərhədçilərinin çıxarılmasını tələb edən etiraz aksiyası keçirib. Bu etiraz aksiyası hakimiyyət tərəfindən təşkil edilib və Rusiyaya qarşı ictimai etirazın başladılmasının tərkib hissəsidir". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:
"Bir neçə gün bundan əvvəl, hakim "Mülki Müqavilə" partiyasının funksionerləri və hakimiyyət rəsmiləri Rusiyanın Yerevan aeroportundan sərhəd xidmətinin çıxarılmasının vacibliyini qeyd ediblər. Artıq Yerevan küçələrində "Rədd olsun Rusiya" etirazları səslənir və bu kimi şüarların Gümrüdə 102-ci Rusiya hərbi bazasının ətrafında səslənməsinə qədər davam edəcək.
Ermənistanda Rusiya hərbçilərinin çıxarılması üçün ictimai kampaniya başlayıb və ilkin olaraq bunun aeroportdan həyata keçirilməsi planlaşdırılıb.
Qeyd edim ki, N.Paşinyan Yerevanda Rusiya hərbçilərinin çıxarılması üçün geniş xalq etirazını da təşkil etməsi mümkündür. Bu təzyiqlər qarşısında Rusiyanın Yerevan aeroportun sərhədçilərini çıxarması mümkündür. Amma, hərbiçilərini ölkədən çıxarması gözlənilmir. Bu proses Ukrayna cəbhəsində hərbi əməliyyatlardan asılı olacaq. Bugün Qərbin Ermənistanda anti-Rusiya siyasəti onda effektli ola bilər ki, Ukraynada Rusiya ağır məğlubiyyətə ugradilsin. Rusiya Ukraynada əhəmiyyətli irəliləyiş əldə edərsə, Qərbin Ermənistan siyasəti iflas ola bilər".