Kürdlər Qərbi Azərbaycana iddia edir: şənlik keçirdilər

İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələrinin açıqlanması və iki kürd namizədin Urmiyadan qalib elan edilməsindən sonra şəhərdə aksiyalar keçirilib.

Olaylar.az bildirir ki, bu barədə yerli sosial media fəalları paylaşımlar ediblər.

Şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər "Urmiya Kürdüstan" şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər.

Kürd partiyaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək, kürdlərin qələbəsini təbrik ediblər.

Qeyd edək ki, Urmiyadan millət vəkilliyinə azərbaycanlı namizədlərdən yalnız biri - Salman Zakir 115.761 səslə parlamentə seçilib. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31