Azərbaycanı ittiham edənlərə dövlət başçısından açıq mesaj- ÖZƏL
4 Mart 2024 10:35 Siyasət"Euronews" televiziyasının Bakıda keçirilən bu tədbirlərə marağının nədən qaynaqlandığı aydındır. Sözü gecən televiziyanın Azərbaycan Prezidentindən intervü almaq qərarı isə suallardakı ardıcıl istinadlardan da göründüyü kimi məhz cənab Əliyevin çıxışında səsləndirdiyi fikirlərdən sonra verilib". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, dövlət başçımızın həmən çıxışda müxtəlif QHT və media qurumlarının "qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilməz" kimi məqsədli və ədalətsiz hüçümları haqda dedikləri o qədər əsaslandırılmışdı ki, bu, diqqət çəkməyə və rəğbət doğurmaya bilməzdi.
Mən ilk növbədə onun bu sözlərini nəzərdə tuturam: "Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik".
Cənab İlham Əliyevin "Euronews"a verdiyi intervüdə də vurğulandığı kimi əksinə, Azərbaycan neft-qaz satışından əldə olunan gəlirlərin bir hissəsini bərpaolunan enerjiyə sərmayə şəklində yatırtmaqla "anlayış yaratmaq istəyir". Qazıntı yanacağı ilə zəngin digər ölkələrə göstərir ki, onlar da "yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır".