Autizm spektri pozuntusu ciddi tədqiqatlar aparılmasını tələb edir - FOTO
14 Fevral 22:12 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyası və Türk Dövlətləri Autizm Federasiyasının baş katibi Jalə Əhmədova Autizmin müalicəsi üçün tədqiqatlar və elmi araşdırmalar aparan Eksperimental Psixoloji Laboratoriyanın fəaliyyəti ilə tanış olub.
Olaylar xəbər verir ki, bu barədə məlumat verən Jalə Əhmədova qeyd edib ki, autizmin müalicəsi üçün innovativ sərgiləyən Eksperimental Psixoloji Laboratoriyanın müdiri Fidan Qənbərli, İDDO Psixi Sağlamlıq proqramının baş psixoloqu, klinik psixoloq və psixoterapevt Rövşən Nəzərli, İPA Akademiyanın direktoru Afərim Quliyevanın iştirak etdiyi görüşdə laboratoriyanın fəaliyyəti və əməkdaşları ilə yaxından tanış olub. Psixoterapevt Rövşən Nəzərli İDDO proqramı barədə məlumat verib .
Proqramın yapon tədris sistemi üzrə tətbiq edildiyini və proqramın əsas strukturunun təhsil, tədqiqat və tətbiq fəaliyyətləri üzərində qurulduğunu bildirdi.
Psixoloji Laboratoriyanın bu yöndə apardığı tədqiqatları təqdirlə qarşıladığımı və yüksək dəyərləndirdiyimi bildirdim. Aparılan tədqiqatlar, elmi araşdırmalar və yeniliklərə dair məlumatların bu sahədəki mütəxəssislərə və ictimaiyyətə çatdırılması üçün tədbirlər planının hazırlanmasının zəruriliyini vurğuladım.
Onu da qeyd edim ki, Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılan Eksperimental Psixoloji Laboratoriya 5 ildir fəaliyyət göstərir. Hazırda laboratoriyada əsasən "Bitkilərdə şüur", "Psixi alqoritmlər", "Sosial media və multimedia vasitələrinin uşaqların psixoloji inkişafına təsiri", "Autizm spektri pozuntusu xəstəliyinin müalicəsi" kimi mövzular tədqiq edilir".
Deputat qeyd edib ki, Laboratoriyada autizmli fərdin sosiallaşması və bu prosesdə olan ləngimələrin nədən qaynaqlandığını təyin etmək üçün 500 fərd üzərində art-terapiya üzrə tədqiqat aparılıb: "Nəticə etibarı ilə bu tədqiqat müəyyən terapevtik yanaşmalara öz töhfəsini verib. Çox təəsüf edirəm ki, İPA Akademiyasının gördüyü lazımlı işləri aidiyyatı qurumlar layiqincə dəyərləndirmirlər.
Bir çox xarici universitetlərlə əməkdaşlıq edərək elmi-tədqiqat sahəsində öz əlaqələrini daha da genişləndirən Eksperimental Psixoloji Laboratoriyanın fəaliyyətinin autizm spektrli pozuntuları olan şəxslərin müalicəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd etmək istəyir, gerçəkləşdirəcəkləri hər işdə uğurlar arzulayıram".