Azərbaycanın AŞPA-ya yox, AŞPA-nın Azərbaycana ehtiyacı var-Tural İsmayılov- ÖZƏL
25 Yanvar 2024 11:18 Siyasət"AŞPA bütün diplomatik etiket normalarını aşan bir təşkilatdır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bütövlükdə bütün Qərb strukturları kimi AŞPA da tarix boyu yarandığı gündən öz dəyər və prinsiplərinə xəyanət edən bir təşkilatdır. İndiyə qədər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı AŞPA ortaya çox qeyri-adekvat mövqe qoyubdur. İstər Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanlı məcburi köçkünlərin başlarına gətirilən oyunlar, eyni zamanda xalqımızı qarşı törədilən çox vektorlu soyqırım aktları, Azərbaycan kültürəl mirasının, dini mirasının ermənilər tərəfindən vandallığa məruz qalmağına görə AŞPA tərəfindən bu günə qədər bir dəfə də olsun Ermənistana qarşı hansısa sanksiyalar tətbiq edilməyib və yaxud da hansısa məhdudiyyətlər qoyulmayıb. Eyni zamanda Serj Sarkisyan, Koçaryan kimi Xocalı qatilləri Ermənistan iqtidarında təmsil olunarkən dəfələrlə Qarabağda törətdikləri qətliamları etiraf etsələr də biz heç bir vaxy AŞPA-da Ermənistan nümayəndə heyətinə qarşı hansısa bir təzyiqlərin edildiyini duymamışıq. Bu baxımdan bu gün Azərbaycanı öz siyasi keçmişi qalmaqallarla dolu olan Frank Shwabenin diliylə Fransa və bəzi Almaniyadakı ermənipərəst dairələrin əli ilə sıxışdırmağa çalışmaq əsla qəbul edilən deyil. Bu gün Azərbaycan beynəlxalq hüququ təmin edərək öz ərazilərində suverenliyini bərpa edib. Hansı ki, indiyə qədər AŞPA da daxil olmaqla bir çox beynəlxalq təşkilatlar, Azərbaycan torpaqlarının işğalı faktoruna təəssüflər olsun ki, göz yumublar. Bu gün Fransanın dünyada törətdiyi neokolonializmə qlobal imperializmin oyuncağına çevrilən və eyni zamanda bütün dəyərləri tapdalanmış bir vəziyyətdə olan bu tip təşkilatlar təəssüflər olsun ki, heç bir vaxt reallığı və obyektiv həqiqəti dilə gətirmirlər. Bu baxımdan da mən hesab edirəm ki, Azərbaycanın AŞPA-ya yox, AŞPA-nın daim Azərbaycana ehtiyacı var".