Tərtərdə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib- ÖZƏL
25 Yanvar 2024 10:50 SiyasətÖlkəmizin ərazisində 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat-təbliğat kampaniyası çərçivəsində yanvarın 24-də Tərtər rayonu Hacıqərvənd kənd ictimaiyyətinin nümayəndələri ilə geniş toplantı keçirilib. "Olaylar" xəbər verir ki, toplantı iştirakçıları, çıxış edən natiqlər Qalib xalqın Qalib lideri olan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq tarixi uğurlara imza atdığını və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qəti şəkildə təmin olunduğunu bir daha diqqətə çatdırıblar.
Tədbirdə çıxış edənlər 7 fevral prezident seçkilərinin ölkəmiz üçün uğur gətirəcəyini vurğulayaraq, parlaq fəaliyyəti ilə hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut etmiş cənab İlham Əliyevə etimad göstəriləcəyini birmənalı şəkildə ifadə ediblər. Qeyd edilib ki, nəinki Hacıqərvənd, bütün Tərtər rayonu seçicilərinin yeganə seçimi İlham Heydər oğlu Əliyevdir.