Azərbaycan müstəqil siyasi gücdür- Tural İsmayılov-ÖZƏL
24 Yanvar 2024 20:13 Siyasət"Ümumiyyətlə, Cozep Borell indiyə qədər Azərbaycan-Ermənistan münasibətlərinin münasibətləri ilə bağlı boğazdan yuxarı və qəbul edilməz fikirlər səsləndirib".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Məhz Borellin bölgə ilə bağlı fikirlərindəki yanlışlıqlar nəticədə Aİ-nin nə qədər biryanlı qurum olduğunu göstərir. İndiyə qədər Ermənistanın Azərbaycan xalqının başına gətirdiyi oyunlara göz yuman və bununla bağlı konkret bir addımlar atmayan Cozep Borell indi Azərbaycanın Ermənistanla münasibətlərində təxribatçı bir mövqedən çıxış edir. Əlbəttə ki, Xocalı faciəsi Azərbaycan torpaqlarının işğalı faktorunu yüksək kürsülərdən səsləndirə bilməyən avrokomissar və onun simasındakı Avropa parlamenti, ATƏT, AŞPA kimi qurumlar, bu qurumlardakı siyasətçilərin açıqlamalarının heç bir ciddi əhəmiyyəti yoxdur. Azərbaycanın Ermənistana hər hansısa bir ərazi iddiası yoxdur. Ümumiyyətlə, Borell də daxil olmaqla qərbli siyasətçilər bölgənin nəinki, indiki siyasi situasiyasına, ümumiyyətlə, geopolitik tarixini də yaxşı analiz edə bilmirlər. Etsə idilər, görərdilər ki, bugünki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Amma Azərbaycan heç bir formada bugünki suveren Ermənistan ərazilərinə hansısa bir iddia irəli sürmür. Eyni zamanda, əlbəttə ki, burdakı əsas məsələ Azərbaycanla Ermənistan arasında sülhün imzalanması perspektivləri ilə bağlı qaranlıq mövqelərdir. Həm də Aİ, ümumiyyətlə, Qərbdəki təşkilatlar başa düşmür ki, onların qarşısında Ermənistan kimi müxtəlif xarici güc faktorlarının əmrlərini təzimlə yerinə yetirən bir ölkə yoxdur. Azərbaycan müstəqil siyasi gücdür və heç kimin direktivləri və diktəsiylə hansısa addımlar atmır"