Bu addım ölkəmizə qarşı qərəzdən xəbər verir - Vüqar Əhmədov - ÖZƏL
24 Yanvar 2024 16:20 Siyasət"Təəssüf ki, son illər AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinin şahidi oluruq, son addım isə açıq aşkar ölkəmizə qarşı qərəzdən xəbər verir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib:
"Avropada, xüsusən Fransa və Almaniyada Türkiyə və Azərbaycana qarşı köklənmiş siyasi dairələr var, onlara nəyi izah etməyimizdən aslı olmayaraq bizə qərəzli münasibətlərini dəyişmirlər, illərdir Qarabağ məsələsi və Xocalı soyqırımı ilə bağlı eyni münasibətləri sərgiləyirlər. İndi ölkəmizdə keçirilən seçkilərə, qələbəmizə kölgə salmaq üçün bu dairələr AŞPA kimi beynəlxalq təşkilatı özlərinə vasitə seçib Azərbaycanın səsvermə hüququndan məhrum olması məsələsini gündəliyə çıxarıblar. AŞPA, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar millətçiliyin, siyasi spekulyasiyaların və ayrı-seçkiliyin tribunasına çevrilməkdədir. Biz əvvəllər də bunun şahidi olmuşuq".