Vətəndaşların sosial müdafiəsi iqtisadi siyasətin başlıca qayəsini təşkil edir- ÖZƏL

"Dövlət başçısının iqtisadi siyasətinin əsasında məhz güclü dövlət, sabitlik və sosial rifah dayanıb. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü və qüdrətli dövlətə nail olmaq, hər bir fərdin mənafelərini müdafiə etmək mümkün deyildir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Kamran Bayramovun sözlərinə görə, ölkədə həyata keçirilən sosial siyasət vətəndaş məmnunluğuna hesablanıb: "Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sahələrinə yönələn investiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi ölkədə yürüdülən iqtisadi siyasətin başlıca qayəsini təşkil edib. Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi - vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə təkan verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31