Füzulidə 30 ailəyə təqdim edilən açarlar həm də Qarabağınkıdır- Deputat
24 Yanvar 2024 12:47 Siyasət"Füzulidə 30 ailəyə təqdim edilən açarlar təkcə onların yaşayacaqları mənzillərin deyil, həm də Qarabağınkıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bunu haylar həmən Füzulini onları Qafqaza yerləşdirənlərin dəstəyi ilə ələ keçirib adını "Varanda" edəndə susan səlibçi ünsürlər də çox gözəl anlayırlar: "Elələrindən də biri Avropa Birliyinin rəsmisi Cozep Borreldir. Borrelin yanvarın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli tellekanallara verdiyi intervüdəki açıqlamaları təhrif etməsinin, iki fransalı casusun ölkəmizdən qovulmalarını pisləməsinin səbəbi məhz qərbdəki bəlli çevrələrin izinləri olmadan torpaqlarımızı işğaldan qurtarmamızı və bu azmış kimi oradan didərgin salınan soydaşlarımızın tez bir zamanda öz yurd yerlərinə dönmələrini təmin etməmizi sinirə bilməmələridir".