Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteni çap olunacaq - MSK sədri
24 Yanvar 2024 12:19 SiyasətFevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur.
Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub:
"Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31