Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb

Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin Milli Məclisin mətbəəsində çapına başlanılıb.

Olaylar.az-ln məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri mətbəədə yaradılan şərait və proseslə tanış olublar.

M.Pənahov seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün tövsiyələr verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31