Azərbaycan qlobal miqyasda ədalətin carçısı kimi tanınır- ÖZƏL

"Ölkəmizin nüfuzlu beynəlxalq qurumlarda uğurlu fəaliyyəti Azərbaycanın qlobal miqyasda gedən proseslərə təsir imkanlarını genişləndirir. Azərbaycan hazırda regionda, eləcə də daha geniş coğrafiyada sabitləşdirici rol oynayır, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Emin Bağırovun sözlərinə görə, Azərbaycan qlobal miqyasda ədalətin carçısı, bəzi böyük dövlətlərin ədalətsiz davranışına və müstəmləkə siyasətinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən ölkə kimi də tanınır: "Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin həmişə dəstəklədiyi və ifadə etdiyi ədalətli siyasət nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycan mühüm ictimai-siyasi proses ərəfəsindədir. Fevralın 7-də ölkəmizdə prezident seckiləri keçiriləcək. Milyonlarla azərbaycanlının ölkəmizi yenilməz, güclü və qalib edən, xalqımızın əvəzsiz övladı, Azərbaycanın liderinə səs verəcəyi şübhəsizdir. Çünki İlham Əliyev prezident seçkilərinə bir firqənin, qrupun, ayrı-ayrı şəxslərin namizədi kimi deyil, 10 milyon xalqın lideri kimi, xalqın namizədi kimi gedir. Prezident İlham Əliyev xalqın adamıdır! Geridə qalmış şərəfli 20 illik fəaliyyətində bu, aydın şəkildə görünür! Cənab Prezident məhz gözü tərəzi olan xalqın etimadını çoxdan qazanıb və Zəfər seçkisinin qalibinin də məhz Prezident İlham Əliyevin olması şübhə doğurmur! Keçirilən sorğular, ümumxalq rəyi bir daha onu göstərir ki, Müzəffər Sərkərdənin seçkilərdə qələbəsi Azərbaycanın bütün istiqamətlərdəki uğurlarının daha dinamik inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradacaq. Nicatımız Prezident İlham Əliyevlə davamdır! Ortada olan real həqiqət budur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31