Ölkədə ordu quruculuğunda uğurlara hesablanmış islahatlar həyata keçirilib- ÖZƏL
24 Yanvar 2024 11:09 Siyasət"Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk günlərdən, başqa sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğurlara hesablanmış islahatlar həyata keçirib". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Kamran Bayramovun sözlərinə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daim inkişaf edən ordumuz ən müasir silahlarla təmin olunub: " Gündən-günə güclənən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ən böyük qələbəsini 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində qazandı. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixin qızıl səhifələrinə yazdı. Azərbaycan xalqının iftixar və qürur dolu yeni qəhrəmanlıq salnaməsini yaratdı, 44 günlük Vətən müharibəsinin baş qəhrəmanına, qalib Sərkərdəsinə çevrildi. Zəfərlə başa çatan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də tarixi ədalətin bərpasına nail oldu. 30 ilə yaxın xəyal olunanlar Azərbaycan Prezidentinin, onun rəhbərlik etdiyi ordunun gücü və qüdrəti sayəsində 44 gün ərzində gerçəkləşdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bir daha Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi lider olduğunu təsdiqlədi".