Azərbaycanın bu təzyiqlərə qarşı immuniteti kifayət qədər yüksəkdir-Əli Zülfüqaroğlu- ÖZƏL
23 Yanvar 2024 20:07 Siyasət"Avropa İttifaqının bu qərarı qərəzlidir və bunun heç bir məntiqi əsası yoxdur. Burada əsas məqsəd Ermənistana dəstək görüntüsü yaratmaq, əslində Ermənistanı fəlakətə sürükləmək, daha sonra isə onu "xilas etmək" adı altında Ermənistana yerləşmək və bütövlükdə bölgəyə öz təsir imkanlarını saxlamaqdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib:
"Azərbaycan Avropa İttifaqının, ümumiyyətlə Qərbin bu istiqamətdəki bütün səylərini görür və önləyici tədbirlərə əl atır. Azərbaycanın Qərb platformalarından imtina etməsi, Fransanın təzyiqlərinə sərt qarşılıq verməsi, eyni zamanda ikili görüşlərlə bağlı təkliflər irəli sürməklə bu istiqamətdə effektiv addımlar atması Avropa İttifaqının maraqlarını alt-üst edir. Buna görə də, Avropa İttifaqı zaman-zaman bu tipli qərarlar qəbul edəcək. Biz bundan sonra da Avropa İttifaqının, ümumiyyətlə Qərbin Azərbaycana qarşı ciddi təzyiq rıçaqlarını işə salacağını gözləməliyik. Amma Azərbaycanın bu təzyiqlərə qarşı immuniteti kifayət qədər yüksəkdir. Ona görə də, Azərbaycan öz uğurlu siyasətini 2024-cü ildə də davam etdirəcək. Qərbin Azərbaycana təzyiqlərinin heç bir nəticəsi olmayacaq".