AŞPA Azərbaycana qarşı təzyiq göstərmək üçün bəhanə uydurur - Elçin Xalidəyli - ÖZƏL

Qərb qurumlarının Azərbaycana qarşı tutduğu mövqe riyakarlıqdan ibarətdir.

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhi Elçin Xalidbəyli bildirib:

"Çünki bu qurumlar, o cümlədən də, Avropa Şurası Parlament Assambleyası son 30 ildə Azərbaycan ərazisilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına, Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımlara, etnik təmizləməyə, mədəni-tarixi abidələrin dağıdılmasına və s. erməni vəhşiliklərinə heç vaxt, heç bir reaksiya verməyib. Ancaq Azərbaycan indi nəhayət ki, beynəlxalq hüquq normaları çərçivəsində öz ərazilərini bərpa edib. Və dərhal Qərb qurumları, o cümlədən də, AŞPA əl-ayağa düşüb, Azərbaycana qarşı təzyiq göstərmək üçün bəhanə uydururlar.
ABŞ və Qərb Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına müqavimət göstərməyə çalışır. Ona görə də, sülh prosesini pozur. Bu pozuculuq fəaliyyətinin arxasında isə ABŞ, Avropa Birliyi və Fransa dayanır. Erməni diasporunun bəslədiyi Fransa siyasi dairələri Avropa Qurumlarındakı təmsilçiləri və tərəfdaşları ilə ortaq şəkildə Azərbaycana qarşı təzyiq kampaniyasını genişləndirməyə çalışırlar. İndi bu qərəzli təzyiq kampaniyasına Fransa Senatı, Avropa Birliyi, Avropa Parlamentindən sonra Avropa Şurası Parlament Assambleyası da qoşulub. Ancaq Azərbaycan dövlətinin bütün bu təzyiqlərə müqavimət göstərmək üçün siyasi resursları kifayət qədərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31