Bu gün Azərbaycanda yetişən gənclər yüksək meyarlara cavab verir ÖZƏL
15 Sentyabr 2023 11:32 Siyasət"Sentyabrın 15-i ölkəmizdə "Bilik Günü" kimi qeyd olunur. Cəmiyyəti qurmaq, onun üzvlərini savadlandırmaq, elm, bilik, zəka sahibi etmək kimi müqəddəs bir işin həyata keçirilməsində müəllim əməyi böyükdür. Məhz buna görədir ki, dövlətimiz elm, texniki tərəqqinin, yeni texnologiyaların inkişafı üçün hər cür real şərait yaratmağa çalışır, peşəkar müəllimlər ordusu yetişdirir. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Hicran Hüseynova deyib: "Bu gün Azərbaycanda yetişən gənclər yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyllər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə yaradıcı şəxsiyyət kimi formalaşıb ümumi inkişafımıza öz töhfələrini verəcəklər. Mən də müəllim olaraq dəyərli, əziz müəllimlərimizi, tələbələrimizi və məktəbə ilk addımlarını atan şagirdlərimizi Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, nailiyyətlərlə dolu, uğurlu və parlaq gələcək arzulayıram!"