ABŞ aqressora dəstək verir ÖZƏL

"ABŞ -ın hər hansı bir ölkə ilə birlikdə hərbi təlim keçməsi, əslində normaldır. Amma, Ermənistanla birlikdə belə bir addım atması Birləşmiş Ştatların imicinə xələl gətirən amildir və ümumiyyətlə bu ölkənin səmimiyyətinə qarşı inamsızlıq yaradan addımdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Ermənistan təcavüzkar və işğalçılıq siyasəti yürüdən ölkədir:
"Bundan əlavə, Ermənistan işğal etdiyi qonşu ölkədə separatçı rejim qurub və onlara hərbi və siyasi baxımdan açıq şəkildə dəstək verir. Bunun qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olduğu halda, ABŞ -ın tərəfdaş seçdiyi bu terror yuvası olan Ermənistan hələ də çirkin planlarından əl çəkmək niyyətində deyil".
Çingiz Şahbazinin sözlərinə görə, ABŞ-ın aqressorla keçirirdiyi hərbi təlim bizə əsas verir ki, deyək, Vaşinqton Azərbaycana qarşı aqressora hərbi dəstək verir və yeni təxribatçılar formalaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31