Türkiyədə nazirlərin də iştirak etdiyi konqres keçirilir ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyə-Çin İnkişaf və Dəstək Dərnəyi bu gün Türkiyədə konqres keçirir.
"Kuşak yol ve Orta koridor yeni pazarlar" adı verilən konqresə yerli vaxtla saat 09.00-da açılış edilib. Açılışı müxtəlif ölkələrdən olan səfirlər və nazirlər edib. Azərbaycan Respublikası İqtisadiyyat Naziri Mikayıl Cabbarov açılış üçün çıxış edib.
Konqresdə Türkiyə, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan iştirak edir.
Azərbaycandan dəvət olunan qonaqlar arasında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, İstanbuldakı ticarət təmsilçimiz Tamerlan Tağıyev, Alat Sərbəst İqtisadi Zonanın rəhbəri Valeh Ələsgərov, AZPROMO icraçı direktoru Zöhrab Qədirov, Caspian enerji qrupunun Türkiyə rəhbəri Süleyman Məcidli iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31