Bəzi qüvvələr xaricdən gələn qrant kanallarının itirilməsindən qorxurlar - ÖZƏL

"Radikal müxalifət partiyaları əslində qeydə alınmayıb hay-küy yaratmaq, beynəlxalq ictimaiyyət qarşısında öz dövlətini antidemokratik göstərib meydanlara çıxmaq, diqqət cəlb etmək və ölkəmizə təzyiq göstərmək istəyən xarici ermənipərəst dairələrə öz xidmətlərini təklif etmək niyyətində idilər. Lakin Azərbaycan hakimiyyətinin demokratik prinsiplərə, qanun aliliyinə yüksək sədaqəti, hüququn üstunlüyünə sonsuz inamı onların bu arzularını da gözündə qoydu". "Olaylar" xəbər verir ki, bunu YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov deyib: "Belə ki, təqdim etdikləri üzvlərlə bağlı reyestr Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunanda yenə əməllərinə sadiq qalaraq, iqtidarın siyasi dialoq kimi xoşməramlı addımlarına qara yaxmaq cəhdlərindən əl çəkmirlər. Lakin bunun da onlar üçün "praqmatik" səbəbləri var. Çünki bundan sonra yenə bir-birini "hakimiyyətə işləməkdə", "reyestr müxalifəti"nə çevrilməkdə ittiham edib olan-qalan məhdud marginal elektoratının və ən əsası, xaricdən gələn qrant kanallarının itirilməsindən qorxurlar. Görünən odur ki, bu güruh üçün "5-ci kolon" rolunu oynamaq ideoloji və psixoloji baxımdan daha sərfəlidir. İdeoloji demişkən, heç bir idelogiyaları da yoxdur axı..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31