Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir- Özəl
15 Sentyabr 2023 10:51 Siyasət"Gənclər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidirlər. Çünki bu yolun alternativi yoxdur". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib. A.Rəhimzadə bildirib ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir: "Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və o, hər zaman qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir. Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar".