Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafında yeni imkanlar açılıb - ÖZƏL

"Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafında yeni imkanlar açılıb. Regional inkişafın aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən  Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadə qeyd edib ki, ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu oynamasında stimulverici amildir:

"Dövlətimizin  başçısı İlham Əliyev hər bir çıxışında, səfərlərində Azərbaycanın bu sahədə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq körpüsünü birgə səylərimiz nəticəsində daha da möhkəmləndirməyin vacibliyini bildirir. Ölkəmizin beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu davam edəcək. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31