Azərbaycan hər zaman dünyaya həmrəylik, əməkdaşlıq mesajını ünvanlayır - ÖZƏL

"Azərbaycan və Tacikistan dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər əlaqələrin inkişafında stimulverici amildir".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadə qeyd edib ki, cənab İlham Əliyev Tacikistana səfərinin əlaqələrimizin daha da möhkəmlənəcəyinə xidmət edəcəyini bildirdi:

"Həmçinin Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözlədiyini vurğuladı. Möhtərəm Prezidentimizin çıxışında yer alan fikirlərin hər biri Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, ümumilikdə hədəflərə doğru birgə addımlamağa nə qədər böyük önəm verdiyini açıqladı. Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, əməkdaşlıq mesajını ünvanlayır. Cənab İlham Əliyevin "Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram" fikirləri özündə bu məqamları aydın şəkildə ifadə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31