Şəxsi ambisiyalarını ön plana çəkən bütün qüvvələr siyasi səhnədən getməyə məhkumdur - ÖZƏL
15 Sentyabr 2023 10:39 Siyasət"Dünənə qədər "Siyasi partiyalar haqqında" yeni Qanunu iqtidarın onlara qarşı "planı" kimi təqdim etmək üçün olmazın iftiralara əl atan radikal müxaliflərin bu gün artıq qeydiyyatdan keçdikdən sonra bircə kəlmə belə üzrxahlıq ifadəsi dillərinə gətirmədən öz "fəaliyyət"lərinə davam etmələri ən azından riyakarlıq kimi qiymətləndirilməlidir".
"Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib:
"Təbii ki, iqtidarın bu üzrxahlığa heç bir ehtiyacı yoxdur. Dövlət bu partiyaların üzvlərinin reyestrini təsdiq etməklə sadəcə bir daha siyasi dialoqa sadiqliyini nümayiş etdirdi və qanunun aliliyinin vacibliyini vurğuladı. Lakin cəmiyyət heç bir halda bu kimi ikiüzlülüyü bağışlamayacaq. Ümumxalq mənafelərini deyil, öz şəxsi ambisiyalarını ön plana çəkən bütün qüvvələr son nəticədə ölkənin siyasi səhnəsindən getməyə məhkumdurlar. Odur ki, seçim elə də böyük deyil. Ya ambisiyalara son qoyulacaq, ya da həmin ambisiyalar onların siyasi sonunu gətirəcək".