Rusiyanın Baş prokuroru Azərbaycanda rəsmi səfərdədir
14 Sentyabr 2023 20:37 SiyasətRusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycanda işgüzar səfərdədir.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.
Qonaq Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31