Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır.

Olaylar.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Bu saziş vergitutma üsulundan asılı olmayaraq, razılığa gələn dövlət və ya onun inzibati-ərazi bölmələri və ya yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq edilir.

Sazişin tətbiq edildiyi mövcud vergilər xüsusilə aşağıdakılardır:

a) Slovakiya Respublikasında:

(i) fiziki şəxslərin gəlir vergisi;

(ii) hüquqi şəxslərin gəlir vergisi;

b) Azərbaycan Respublikasında:

(i) hüquqi şəxslərin mənfəət vergisi;

(ii) fiziki şəxslərin gəlir vergisi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31