Azərbaycan müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir - ÖZƏL

"Azərbaycan müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Tarixi Zəfərimizdən sonra qardaş Türkiyə ilə bu sahədə möhkəmlənən əməkdaşlıq diqqətdən kənarda qalmır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. Dövlət başçısı İlham Əliyev hədəflər sırasında Azərbaycan Ordusunun bundan sonra da Türkiyə modeli əsasında inkişaf edəcəyini xüsusi qeyd edir. Cənab İlham Əliyevin "Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi Türkiyəni gücləndirir, ölkənin təhlükəsizliyini təmin edir. Azərbaycanda "Bayraktar" Mərkəzinin yaradılması isə iki ölkənin müdafiə qüdrətini daha da gücləndirəcəkdir" fikirləri iki qardaş ölkə arasında hərbi sahədə həyata keçiriləcək layihələrin davamlı olacağından xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31