ABŞ Ermənistana qeyri-konstruktiv mövqeyindən əl çəkməsi üçün təzyiq göstərməlidir - ÖZƏL

"Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. ABŞ da bölgədə sülhün təmin olunması üçün maraqlı görünür. Bu dövlətin Azərbaycanla Ermənistan arasında münasibətin normallaşdırılması prosesində fəal vasitəçiliyi də bunu təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sözlərinə görə, təsadüfi deyil ki, sülh sazişi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin indiyədək keçirdiyi altı görüşdən üçü məhz ABŞ-da baş tutub: "Telefon söhbəti zamanı Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb. ABŞ-ın bu mövqeyi təqdirəlayiqdir. Lakin ABŞ Ermənistana qeyri-konstruktiv mövqeyindən əl çəkməsi üçün təzyiq göstərməlidir. Vaşinqtonun bunun üçün kifayət qədər imkanları var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31