Azərbaycanla razılaşdırılmadan onun ərazisindən humanitar yardımın daşınması  ərazi bütövlüyünə hörmətsizlikdir - ÖZƏL

"Ermənistan tərəfindən "Laçın" sərhəd-keçid məntəqəsinin qarşısına Azərbaycanla razılaşdırmadan humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sözlərinə görə, cənab prezident bu məqamı ABŞ Dövlət katibi Antoni Blinkenin də diqqətinə çatdırıb: "Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31