Yeni bir müharibənin təkrar olması ehtimalı hər zamankından daha çoxdur - ÖZƏL

"Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika və canlı qüvvə toplayır. Bu, İrəvanın ölkəmizə qarşı yeni bir müharibəyə başlamaq niyyətini açıq şəkildə ortaya qoyur".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Ekspertin sözlərinə görə,  burada maraqlı olan odur ki, proseslər Ermənistan və Rusiya arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir. Çingiz Şahbazi qeyd edib ki, bu da Ermənistanın məlum addımlarının arxasında Rusiyanın dayanmadığı anlamı daşıyır:

"Əslində isə bu və bundan əvvəlki proseslərin hamısının müəllifi elə Rusiya olub və məqsəd Ermənistan və Azərbaycan arasında münasibətləri, danışıqlar prosesindən alıb sıfır nöqtəsinə gətirmək idi".

Ekspert deyib ki, hazırda yeni bir müharibənin təkrar olması ehtimalı hər zamankindan daha çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31