Sapı özümüzdən olan baltalara cavab: "1000-lərlə insan Gündüzün nəyi varsa, A-dan Z-yə..." - VİDEO
7 Sentyabr 2023 19:02 SiyasətAzərbaycan Televiziyasında yayımlanan "Əsas məsələ" verilişində hərbi ekspert "sapı özümüzdən olan baltalar" haqda fikrlər səsləndirib.
QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, yayımlanan proqramda hərbi ekspert bildirib ki, "Qarabağ kimindir?" sualına "bunu zaman göstərəcək" deyən beyin normal beyin deyil:
"Ən azından onun qanında türkçülükdən, millətçilikdən, Azərbaycançılıqdan, dövlətçilikdən heç bir element yoxdur. "Qarabağ kimindir?" sualına artıq Ermənistan belə imzası ilə cavab verib ki, Qarabağ kimin ərazisidir. Artıq bu gün Ermənistanda belə bu sual kimsədə şübhə doğurmur. 3-5 nəfər ola bilər, o da kiməsə arxayın olaraq, kiminsə arxasından banlayaraq deyə bilər. Gündüz son karikaturasını səhifəsində paylaşmışdı və ilk dəfə gördüm ki, minlərlə insan Gündüzün nəyi varsa, A-dan Z-yə qəbirdən hamısını çıxartdılar və ora basdırmadılar. Söydülər, təhqir etdilər, tənqid etdilər".
https://www.youtube.com/watch?v=-bEFQ-8MkG8