"Təxribatlar geniş miqyas alarsa, bu Ermənistan üçün böyük faciə ilə nəticələnəcək" - ÖZƏL

"Ermənistanın siyasi rəhbərliyi üç ilə yaxın müddət ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yalnız prosesləri  ləngitməklə məşğuldur. Ermənistanın siyasi elitası regional və qlobal miqyasda hər hansı dəyişikliyin olacağına ümid edir. Həm Rusiya- Ukrayna müharibəsi, həm də Rusiya-Qərb qarşıdurması fonunda özləri üçün müəyyən dividendlər axtarırlar". 

Bu sözləri Olaylar-a politoloq İlyas Hüseynov deyib: 

"Müəyyən zaman kəsiyində Rusiya və Ermənistan münasibətlərində yaxınlaşma tendensiyasına cəhd olunsa da, ümumi siyasi vəziyyət bundan ibarətdir ki, Ermənistan daha çox Qərb strukturlarına inteqrasiyanı üstün tutur. Bununla da regional prosesləri yavaşladır. Fransanın bu baxımdan regionda despoktiv hərəkətləri hiss olunmaqdadır. Elə bilirlər ki, Fransa Ermənistan əvəzindən regionda savaşacaq. Fransa ermənipərəst mövqeyini BMT Şurası, Frankafoniya təşkilatı və Aİ müstəvisində Ermənistana təqdim edir. Hətta, Parisin meri Laçın yoluna səfər edib. Amma, prinsipial məsələ bundan ibarətdir ki, Azərbaycan Ağdam-Xankəndi marşrutunu təqdim edir. Azərbaycanın qanunları çərçivəsində bu yol fəaliyyət göstərməlidir. Bu yol, bir zamanlar aktiv fəaliyyətdə olub. Bu baxımdan Azərbaycanın irəli sürdüyü marşrut müasir standartlara cavab verir. Sülhməramlıların təminatı üçün bu yoldan istifadə olunması haqqında konkret fikirlər var. Ona görə də Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanması və bizim şərtlərimizin qəbul edilməsidir. Əks halda gərginlik, hətta, müharibə baş verə bilər. Çünki, hazırki şəraitdə Ermənistan nə qədər hərbi şəraiti dəyişməyə cəhd göstərirsə, mümkün olmayacaq. Həm insan resursu, həm də hərbi baxımdan Ermənistan Azərbaycana qalib gələ bilməz. Təxribatlar geniş miqyas alarsa, bu Ermənistan üçün böyük faciə ilə nəticələnəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31