Hindistan Ermənistana vəkillik edir - ÖZƏL

"44 günlük Vətən Müharibəsindən sonra Hindistan rəsmilərinin Ermənistana vəkilliyinin şahidi olduq. Narendra Modi hökuməti İrəvanla müxtəlif miqdarda silah-sursat satışını həyata keçirən müqavilələr imzalayır, İranın da iştirakı ilə hərbi avadanlıqları Ermənistana çatdırır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Hindistanın müsəlmanlara qarşı diskriminasiya siyasəti aparması bəllidir. Lakin özünü İslam dinin mühafizəkarı kimi qələmə verən Tehran rəhbərliyi "din ayrı, siyasət ayrı" yanaşması ilə Azərbaycana qarşı Dehli ilə əməkdaşlıq edir, düşmən münasibət sərgiləyir".
AVP rəsmisi deyib ki, Azərbaycana qarşılıq olaraq Ermənistanın silahlandırılması Hindistana heç bir şey qazandırmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31