Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə işləməyə davam edirik - Peskov
7 Sentyabr 2023 15:20 SiyasətRusiya Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsi üçün hər iki ölkə ilə işləməyə davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva özünün təhlükəsizlik təminatı funksiyasını yerinə yetirməyə davam edir.
"Rusiya həm İrəvanla, həm də Bakı ilə çox diqqətli, əsaslı, ardıcıl, konstruktiv fəaliyyəti davam etdirir", - Kreml nümayəndəsi deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31