Milli Cəbhə Partiyası da qeydiyyata alındı - ÖZƏL

Milli Cəbhə Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

"Olaylar" xəbər verir ki, bu barədə MCP sədri, millət vəkili Razi Nurullayev məlumat verib:

"Milli Cəbhə Partiyası - MCP-nin üzvlərinin reyestr məlumatlarının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması barədə məktub aldıq. Sadə dilində desək, Milli Cəbhə Partiyası qeydə alınan növbəti partiyadır. Partiya üzvlərini təbrik edir və uğurlar arzulayıram. Dövlətimizə, millətimizə xeyirli olsun! Ədliyyə Nazirliyinə də çəkdikləri zəhmətdən dolayı təşəkkürümüzü bildiririk!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31