Azərbaycan sərhəd məsələsində mühüm irəliləyişlər əldə edə bilər - ÖZƏL
7 Sentyabr 2023 13:38 Siyasət"Bölgə yeni savaşa hamilədir. Genişmiqyaslı nələrsə olacağını söyləmək çətindir. Ona görə ki, qarşımızda nizami ordu yoxdur".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Rusif Məmmədsoy səsləndirib. Onun sözlərinə görə, darmadağın etdiyimiz erməni ordusu qarşımızda tab gətirə bilməyəcək:
"Amma prosesə müdaxilələr olacaqmı? Düşünürəm ki, nə İran, nə də digərləri Azərbaycanla açıq qarşıdurmaya getməz, gedə bilməz. Belə olacağı təqdirdə Ermənistan nə istəyir və nə qazana bilər ki? Çox sadə sifarişi yerinə yetirir, Rusiyanı bölgədən kənarlaşdırır. Bu arada Rusiya KİV iddia edir ki, Ermənistan 2024-cü ildə KTMT-ni də tərk edəcək. Azərbaycan sərhəd məsələsində mühüm irəliləyişlər əldə edə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31