“İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”- PAŞİNYAN

"İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".

Olaylar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Ermənistan tərəfinin Brüsseldə, Praqada əldə olunmuş razılaşmalara və Moskvada imzalanmış üçtərəfli bəyanata sadiqliyini vurğulayıb.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin etmək üçün Bakı ilə Stepanakert (Xankəndi) arasında dialoqun aparılması, regionla Ermənistan arasındakı dəhlizin açılması zəruridir: "Bunun əsasında Ermənistan Azərbaycanla sülh sazişi və münasibətlərin tənzimlənməsini istəyir. İrəvan sülh tərəfdarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31